Kino

Daniel Craig’e 2 yeni Bond filmi üçün sərvət təklif edildi

260views

Craig istəmir, amma prodüserlər əl çəkmir.

Kino tarixinin ən uzun silsilələrindən olan James Bond, fasilə verməyə niyyətli deyil və 25 Bond filmi üçün işlər çoxdan başlayıb. Hətta davamı da indidən düşünülür. Naməlum olan və səlahiyyətliləri qara-qara düşündürən şey isə, Bond rolunda kimin olacağıdır…
Son dövr Bond filmlərində “Sarışın Bond” olaraq Daniel Craig’i izləmişdik. Craig’in Bond olacağı ilk elan olunduqda, “Yoxaa, sarışın Bond olar, o film tutmaz” reaksiyaları gəlmişdi. Filmlər nümayişə girdikdə isə reaksiyaların tam tərsi oldu və tarixin ən yaxşı kassa hasilatına çatan Bond filmləriylə qarşılaşdıq.
Craig, bir müddət əvvəl verdiyi müsahibədə, “artıq Bond olmaq istəmədiyini, bu film üçün sıx tempdə çalışmaqdan sıxıldığını və ölsə də geri dönməyəcəyini” dilə gətirmişdi. Bu müsahibədən sonra prodüserlər təbii ki boş dayanmadı. Craig’ə 2 film üçün təxminən 100 milyon dollar təklif edildi, amma müsbət cavab alınmadı.
Və indi …
Movieweb’də yer verilən xəbərdə, Sony-nin təklif yüksəltdiyi iddia edildi. İddiaya görə Sony Pictures, Daniel Craig’ə 2 Bond filmində oynaması üçün aktyora 150 milyon dollar təklif edib. Səlahiyyətlilər, Craig’in Bond olmaması təqdir də seriyanın gedişatının mənfi istiqamətə yönələcəyini düşünür. Digər tərəfdən,Bond rolu üçün Tom Hiddleston, Idris Elba və Michael Fassbender kimi aktyorlarla müzakirə olunub və uzun müddətli olaraq yeni biriylə yola davam edilə biləcəyi də danışılmaqdadır.