Kino

Daniel Craig razı olmadı

593views

Daniel Craig “Artıq Bond olmaq istəmirəm” deyə bu yaxınlarda açıqlama vermişdi .
Prodüserlər tərəfindən yeni Bond filmi üçün təkliflər gəlsə də Craig yenə də yox demişdi.

Craigin Bond olmağa razı olmaması, prodüserlərin əlini qolunu bağladı. Müvəqqəti bir həll olaraq yeni filmin istehsalı ləğv edildi. Prodüserlərin planı, 2018-ci ildə yeni bir Bond filmi ilə dönmək və təbii ki filmdə yenə məhz Craigin olmasını təmin etməkdir.


Craig’ə razılaşma yalvarışları


Gravisludus.com‘dan aldığımız məlumatlara görə filmin prodüseri Barbara Broccoli, Bond serialına bir müddət ara verərək başqa iki film hazırlayacaq. Bu müddətdə fürsət tapdıqca Daniel Craig’lə də görüşərək aktyoru təkrar razı etməyi sınayacaq. Müvəffəqiyyətli olarmı, bunu da görəcəyik …
Söz-söhbətlərə əsasən, yeni Bond üçün Idris Elba və Jack Huston kimi adlarda mətbuatda hallanır.
Hətta “Yeni Bond kim olacaq?” deyə öz fərziyələrini irəli sürərək mərc edənlər belə var.