Sağlamlıq

Daha güclü budlara sahib olmağımız üçün 5 səbəb

279views

1- Daha güclü budlar = Daha güclü kürək = Daha güclü qarın
Ryan Gosling, Kim Kardashian, Christina Ricci, Jaimie Aleksandr və Sofia Vergara kimi məşhurlarla çalışmış olan Sara Luis, “insan kürəyini qoruyan iki şey; onun əzələləri və budları” olduğunu deyir. Bədəndə olan bütün əzələlər birlikdə çalışırlar. Yalnız tək bir əzələni inkişaf etdirməmizin səbəbi də məhz budur. Ən çox birlikdə çalışan üç bölgə isə qarın, bud və beldir. Budları hədəf alan hərəkətlər, qarın əzələlərinin da işləməsinə şərait yaradır. Beləliklə, budlarla yanaşı mərkəz bölgəni də qüvvətləndirmiş olursunuz. Hər iki bölgənin də gücləndirilməsi isə kürəyinizi daha çox qoruma altına almanız mənasına verir.

seksi-kalcalar

2- Budlar yalan söyləməzlər
Bədəndəki bütün əzələlərin birlikdə çalışdığı həqiqətinə qayıdacaq olsaq, güclü budlara sahib olmaq, yeriməkdə, tullanmaqda, qaçmaqda və bir çox şeydə istifadə etdiyiniz bud əzələləri üçün də faydalı olacağını unutmamalısınız.

fitness-popo

3- Hər məşqdə ehtiyacın var
Qaçışdan velosipedə minməyə, hətta pilləkən çıxmağa qədər bir çox hərəkətdə, sənin də fərqində olduğun kimi, budlarının dövrəyə girməsi şərtdir. Gündəlik fəaliyyətlərdə olduğu qədər, hər məşqini daha etibarlı şəkildə edə bilmək üçün güclü budlara sahib olmaq da həmçinin başlıca şərtdir.

kalca-kaslari

4- Sağlam dizlərə sahib olarsınız
Bud əzələlərini inkişaf etdirmən, dizlərinin ətrafını bürüyən və dizlərini əsas dəstəkçisi əzələləri üçün də olduqca xeyirlidir. Luis, “Güclü budlar, güclü dizlər deməkdir” – deyir. “Güclü bud əzələlərinə malik olmadan, dizlərinin doğru mövqedə olmasını tələb edən hərəkətləri də təhlükəsiz bir şəkildə edə bilməniz mümkün deyil. Bu da sizi bir çox risklə qarşı-qarşıya qoya” bilər.”

bestfitnessapps

5- Güc mənbəyidir
Qadınların budları kişilərə nisbətən daha güclü olduğu üçün, güc qaynağımız baxımından budlarımızı bir nömrəli silahımız olaraq görə bilərik.

“Adətən budlarımız daha gözəl görünməsini və daha incə olmasını istəyirik. Amma bu bizim gücümüzdür. Gözəl budlar möcüzədir, lakin, bütün məsələ daha güclü olmaq üçün çalışmaqdan ibarətdir. Çünki bu bizi daha güclü hiss etdirəcək!”Luis.

kickbox