Təhsil

Daha bir toplumun təhsil haqqından azad edilməsi təklif olunur

225views

Milli Məclisin deputatı Məlahət İbrahimqızı olduqca yararlı və maraqlı bir fikir irəli sürüb

Azərbaycanda birinci qrup əlil və ya sağlamlıq imkanları məhdud olan insanların dövlət universitetlərində təhsil haqqından azad edilməsi təklif edilir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda dövlət universitetlərində təhsil alan birinci qrup əlil və ya sağlamlıq imkanları məhdud olan insanların sayı çox azdır:

“Şəhid alilələri, qaçqın və məcburi köçkün ailələri dövlət universitetlərində təhsil haqqından azaddırlar. Hesab edirəm ki, birinci qrup sağlamlıq imkanları məhdud olan insanların da dövlət universitetlərində təhsil haqqından azad edilməsinə çox böyük ehtiyac var. Hər universitetdə birinci qrup sağlamlıq imkanları məhdud olan tələbələrin sayı çox azdır. Hesab edirəm ki, onların təhsil haqqından azad edilməsi çətin məsələ deyil”.

M.İbrahimqızı Milli Məclisin payız sessiyasında bu məsələni qaldıracağını bildirib.