Kino

Daha bir kino ulduzu vəfat etdi

Carrie Fisher
180views

Bir çox məşhur simaların ardından daha bir kino ulduzu 2016-ci ildə həyatını itirdi. Star Wars filmlərində oynadığı Şahzadə Leia roluyla tanınan aktrisa Carrie Fisher Los Angeles’də vəfat edib.

23 dekabrda London-Los Angeles səfəri əsnasında təyyarədə infarkt keçirən məşhur aktrisanın ürəyi dayanmış ardından isə təcili olaraq xəstəxanaya qaldırılmışdı.

60 yaşında həyata gözlərini yuman aktrisa, son vaxtlarda qələmə aldığı avtobioqrafiyasının təqdimatı üçün Los Angeles səfərində idi.