Digər İdman

Daha bir güləşçimiz dünya çempionu oldu

144views

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

55 kq-da mübarizə aparan Əfqan Xaşalov ardıcıl olaraq Hindistan, Özbəkistan və Yaponiya güləşçilərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisinə də qalib gələn güləşçimiz Dünya çempionatının qızıl medalına sahib olub.

66 kq çəkidə yarışan Orxan Abbasov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Qırğızıstan, Macarıstan və Bolqarıstandan olan rəqiblərinə qalib gələn güləşçimiz yarımfinalda Rusiya idmançısına uduzub. Bürünc medal uğrudan həlledici görüşdə Fransa təmsilçisini məğlub edən Orxan fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

84 kq-da yarışan Hacımurad Məhəmmədsəidov da 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Ardıcıl olaraq Çin, Hindistan və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz gərgin keçən yarımfinal qarşılaşmasında Türkiyə idmançısına uduzub. Bürünc medal uğrunda görüşə çıxan Hacımurad Polşadan olan rəqibinə heç bir şans verməyib və çempionatı üçüncü sırada tamamlayıb.

120 kq çəki dərəcəsində mübarizə aparan Umar İsrailov ardıcıl olaraq Yaponiya, Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib finala yüksəlib. Rusiya təmsilçisi ilə gərgin keçən final görüşü rəqibin xeyrinə bitib və güləşçimiz gümüş medalla kifayətlənib.

55 kq
FİNAL – Xasanxuseyn Badrudinov (RUS) – Əfqan Xaşalov 5:12
1/2 final – Əfqan Xaşalov – Takumi Taşiro (JPN) 11:1
1/4 final – Gulomjon Abdullaev (UZB) – Əfqan Xaşalov 6:9
1/8 final – Kumar Ravi (IND) – Əfqan Xaşalov 0:10 (111 san)

66 kq
Bürünc medal görüşü – Valentin Marc Stéphane Sanfratello (FRA) – Orxan Abbasov 4:8
1/2 final – Akhmed Usmanov (RUS) – Orxan Abbasov 12:1
1/4 final – Cemal Ruşen Ali (BUL) – Orxan Abbasov 2:5
1/8 final – Csaba Vida (HUN) – Orxan Abbasov 5:11
1/16 final – Mansur Syrgak Uulu (KGZ) – Orxan Abbasov 0:10

84 kq
Bürünc medal görüşü – Kristof Grzegorz Sadovik (POL) – Hacımurad Məhəmmədsəidov 0:5
1/2 final – Haсımurad Məhəmmədsəidov – Osman Göçen (TUR) 5:7
1/4 final – Hacımurad Məhəmmədsəidov – Zahid Valencia (USA) 5:4
1/8 final – Deepak Punia (IND) – Hacımurad Məhəmmədsəidov 0:2 (tuşe, 50 san.)
1/16 final – Danan Xu (CHN) – Hacımurad Məhəmmədsəidov 0:10

120 kq
FİNAL – Umar İsrailov – Kazbek Xubulov (RUS) 10:13
1/2 final – Hüseyin Mehmet Civelek (TUR) – Umar İsrailov 2:5
1/4 final – Umar İsrailov – Mihaly Nagy (HUN) 4:1
1/8 final – Masahiro Miyahara (JPN) – Umar İsrailov 0:8 (tuşe)

Elnur Cəfərov
idman xəbərləri yazarı