Dəb & Tərz

Dərisinin rəngi onu dünyanın ən tünd və tanınmış modeli etdi

1.79Kviews

Khoudia Diop 19 yaşlı Seneqallı modeldir. Khoudia internetdə məhs dərisinin rənginə görə tanınan simaya çevrilib. Gənc model Daily Mail-ə verdiyi intervyuda özündən danışıb.

“Uşaq ikən dərimin rənginə görə çox incinmişəm. Elə indi də, insanlar bəzən xoş olmayan sözlər yazırlar. Heç kimə bənzəmədiyimə görə çox kobudluqlarla üzləşmişəm. Lakin böyüdükcə özümü sevməyi öyrənirəm.”

Instagram-da böyük izləyici kütləsi olan gənc qız 17 yaşından modellik edir. O, fərqli görünən insanları ilhamlandırmaq, özlərinə inanmalarını istədiyini bildirir.

bl1

“Hər gün özünüzü bir az da sevin. Mənfi rəylərə fikir verməyin. İstəyirəm biləsiz ki, necə göründüyünüzün heç bir əhəmiyyət yoxdur, əhəmiyyətli olan necə hiss etməyinizdir. Biz fərqliliyimizlə bütün gözəllik standartlarını qırırıq.”