Maraqlı

Dənizdə itən ata və qız 1 ay sonra geri dönüblər

Alan Langdon
307views

Tasman dənizində itən və 1 aydır xəbər alına bilməyən Avstraliyalı Alan Langdon və 6 yaşlı qızı, Yeni Zelandiyadan Avstraliyaya sağ olaraq çata biliblər.

Ata və qız gəminin yalnız bir tərəfini idarə edərək 2000 km-ə yaxın məsafə qət ediblər.

Langdon, qızıyla birlikdə qısa bir məsafə üçün dəniz səfərinə çıxdıqlarını, lakin fırtına nəticəsində gəminin sükan idarəsinin sıradan çıxdığını söyləyib:

“Demək olar ki sükansız idik. Seçim şansımız yox idi. Havaların düzəlməsinə ümid edirdim lakin düzəlmədi. Gəmimiz idarəsiz şəkildə cənuba doğru yönəlmişdi. Bu qədər çətin olacağını düşünməmişdim. Bəli çox maraqlı bir təcrübə idi, lakin bizə çətin anlar yaşatdı. “

Ata və qızın sağ olaraq geri qayıtması sevinclə qarşılansa da Alan Langdon’ın qızı Que’nin həyatını təhlükəyə atıb atmadığı araşdırılacaq.

O isə qızının həmişə təhlükəsizlikdə olduğunu müdafiə edir; “Qızımla birgə dənizdə çox olmuşuq. Ona təhlükə yaratdığımı düşünmürəm. “

Ancaq qeyd edək ki, Langdon’ın keçmiş həyat yoldaşı sayılan Que’nin anası, qızının atası tərəfindən qaçırıldığı iddiasıyla təhlükəsizlik orqanlarına müraciət etmişdi.