Məşhurlar

Cristiano Ronaldo’nun sosial paylaşımı sərt tənqid olunub

373views

Cristian Ronaldo sosial hesabında paylaşdığı bir foto səbəbindən, bir xeyli mənfi reaksiya ilə qarşılaşıb.

Dünən sosial hesabında Budda heykəli ilə olan şəklini paylaşan məşhur futbolçunun, ayağını heykəlin üzərinə qoyması izləyiciləri tərəfindən bəyənilməyib və sərt şəkildə tənqid olunub.

bf90def9f2d24a1ba183eebbb22eb1eb

Futbolçunun Facebook’dakı azarkeşlərindən biri, “Hansı dinə inandığın önəmli deyil, ancaq sənin bir çox dinə mənsub olan səvənlərin var. Dünyanın məşhur futbolçususan, bu səpgidəki paylaşımlarda diqqətli olmalısan” deyərək reaksiyasını bildirib.

Daha bir azarkeş isə, “Bu açıq şəkildə hörmətsizlikdir, belə bir ağılsızlığı səndən gözləməzdim. Bu gün bir azarkeşini itirdin” deyə yazıb.