Sağlamlıq

Çox qızardılan çörək və kartof Xərçəng xəstəliyi riskini artırır

Xerceng xesteliyi sebebleri
281views

İngiltərənin Qida Standartları Təşkilatı (FSA), çörək və kartof kimi nişasta tərkibli məhsulların yüksək istilikdə bişirildiyi zaman, akrilamid adında kimyəvi bir maddənin ortaya çıxdığını və bu maddənin də xərçəngə yol aça biləcəyi xəbərdarlığını edib.

FSA, riski azaltmaq üçün bu tərz qidaları bişirərkən diqqətli olmağı və çox qızartmamağı tövsiyə edir.

Qida şirkəti eyni zamanda, kartofu soyuducuda saxlamağın əhəmiyyətli olduğunu vurğulayır. Çünki sərin mühit kartofun içindəki şəkər səviyyəsini artırır və bişirmə zamanı yaranan akrilamid miqdarını yüksəldir.

Ancaq Xərçəng Araşdırmaları Dərnəyi, akrilamid ilə xərçəng arasındakı əlaqənin insanlarda hələ təstiqlənmədiyini bildirir.

yaaz.az Xerceng riski olan qidalar

Qida nə qədər çox bişərsə, akrilamid maddəsi bir o qədər yüksək olur.

Bir çox fərqli qida maddəsində olan akrilamid, bişirmə prosesində təbii olaraq ortaya çıxan kənar bir məhsuldur. Bu maddə, çörək, biskvit, keks və qəhvə kimi 120 dərəcə istilikdən artıq bişirilən və yüksək nişasta tərkibli qidalarda ortaya çıxır.

Eyni zamanda, ev şəraitində kartof və çörək kimi qidaların yüksək istilikdə bişirilməsi zamanı da bu maddə ortaya çıxır. Qızardılan çörəyin rəngi nə qədər tünddürsə, ortaya çıxan akrilamid miqdarı da o qədər yüksək olur.