MəşhurlarMusiqi

Corc Maykl vəfat etdi

347views

Əfsanəvi britaniyalı müğənni Corc Maykl ürək çatışmazlığından 53 yaşında vəfat edib. Sosial şəbəkələr də, şəxsi səhifələrin də baş sağlığını musiqiçilər Mark Ronson, Elton Con, Liam Qallaxer, Rayan Adams, həmçinin Londonun meri Sadiq Xan verib.


İfaçının meneceri Maykl Lippman müsahibəsin də bunları deyib: ” Milad səhəri mənə zəng edib xəbər verdilər ki, Mayklı yatdığı yerdə sakitcə nəfəssiz uzanmış vəziyyətdə tapıblar”.


img_6795

Araşdırmalara əsasən şübhələrə əsas verən amillər malikanəsin də tapılmayıb. Təcavüzcəsinə ölüm istisna olunur.
Mayklın solo eləcə də Wham! qrupun da olduğu vaxtlarda ki, karyerası boyunca yüz milliona yaxın səs yazması satılmışdır. Ən məşhur sinqlları “Last Christmas”, “Wake me up before yo go-go” və eləcə də Elton Con ilə birgə yazdırdığı “Don’t let the sun go down on me” olmuşdur.
2011 ci ildə ona sətəlcəmin ağır forması diaqnozu qoyulmuşdur, bir çox çıxışlarına da elə buna görə xitam vermişdir. Müalicə üsulu kimi Mayklı ciyərlərin süni ventilyasiyası apparıtana qoşmuşdular, bu da sonradan səsinin tam itirlməsinə gətirib çıxarda bilərdi.