MaraqlıTəbiət

Çoban iti, pələng balalarına analıq edir

Blakely
288views

ABŞ-ın Ohio ştatındakı Cincinnati şəhərinin heyvanat parkında Blakely adlı Avstraliya çoban iti, növü kəsilməkdə olan 3 Malayziya pələngi balasının “ögey anası” oldu.

WCPO Cincinnati televiziya kanalındakı xəbərə görə, fevral ayında anadan olan üç bala pələng anaları tərəfindən rədd edilib. Heyvanat parkının əməkdaşları, Blakely adlı Avstraliya çoban itinin üç balaya qayğı göstərdiyini, oyun ilə zorakılıq arasındakı fərqi öyrətməyə çalışdığını söyləyiblər.


Heyvanat parkının əməkdaşlarından Don Strasser, “Bala pələnglər üçün böyük və mehriban bir yastıq kimi olan Blakely, özlərinə lazım olan bir yetkin rolundadırlar. Çox qaba və ya təcavüzkar olduqları zamanlarda balalara nəzarət edir” deyə bildirib.

Blakely daha əvvəl də müxtəlif heyvanların balalarına analıq edib. Avstraliya çoban itinin balalara verdiyi tərbiyədəki uğurundan ötrü Cincinnati heyvanat parkı, 19 oktyabr tarixini “Blakely Günü” elan edib.