Dünya

Çində ‘Tək uşaq siyasəti’nin ləğv olunması öz təsirini artıq göstərir

Cinde tek ushaq siyaseti 2017
734views

Çinin Milli Sağlamlıq və Ailə Planlaşdırma Komissiyası (NHFPC), 1 yanvar 2016-cı ildən ‘Tək uşaq siyasəti’nin rəsmi olaraq ləğv olunmasından bu yana doğum nisbətinin 11,5 % artdığını açıqlayıb.

Ölkədə doğuş həyata keçirə bilməyən qadınların sayının azalmasına baxmayaraq, 2016-cı ildə 18,46 milyon uşaq dünyaya gəlib. Beləcə 2000-ci ildən bu yana doğum nisbəti ən yüksək səviyyəyə çatıb. 2016-cı ildə doğulan körpələrin 45 %-inin ailənin 2-ci və ya 3-cü uşağı olduğu bildirlir.

NHFPC rəhbəri Yang Wenzhuang, “Doğuş həyata keçirə bilən qadınların ümumi sayı 5 milyondan az olsa da yeni doğulan körpələrin sayı olduqca artı. Bu da ailə planı siyasətində edilən dəyişikliyin doğru vaxtda edildiyini və təsirli olduğunu göstərdi” deyə bildirib.

2050-ci ilə qədər iş qabilyyəti olan insanların sayının 30 milyondan çox olması gözlənilir.

Çindəki ‘Tək uşaq siyasəti’nin əhali artımının, kasıblığın və ətraf problemlərin qarşısını aldığı bildirlir. Ancaq ‘Tək uşaq siyasəti’ 1979-ci ildə tətbiq olunmağa başlayanda yeni doğuşlarda onsuz da geriləmə müşahidə olunurdu.

BBC müxbiri  John Sudworth, “Bu siyasətin gətirdiyi məhdudiyyətlər və məcbur edilən abortlar mərhəmətsizcə və lazımsız idi. Və bunun nəticəsində Çin, hər il iş qabiliyyəti olan 5 milyon insan itirir və itirməyə də davam edəcək. Ailələri iki uşaqla məhdudlaşdıran yeni siyasət də insanların sahib olduğu ən sadə haqqlarını əlindən alır” deyə bildirir.