Dünya

Çindən gözlənilməz çıxış: ABŞ ilə müharibə artıq şüar deyil, ehtimaldır

215views

Çinli bir yüksək səviyyəli hərbi səlahiyyətli, Trump-ın rəhbərlik etdiyi ABŞ-la müharibənin artıq bir ehtimal halına gəldiyini açıqlayıb.

Çinli bir yüksək səviyyəli hərbi səlahiyyətli, Donald Trumpın rəhbərlik etdiyi ABŞ-la müharibənin “sadəcə bir şüar deyil”, “bir gerçəklik” halına gəldiyini bildirib.
Çin hərbisi
Bəyanatlar, Amerikanın yeni rəhbərliyindən Çinə qarşı aqressiv ritorikaya cavab olaraq “Çin Xalq Qurtuluş Ordusu” veb saytında dərc olunub.  Səlahiyyətli həmçinin, gərgin günlər keçirən Cənubi və Şərqi Çin Dənizində hərbi yerləşdirmələr aparılması və digər regional qaynar nöqtə olan Koreya Yarımadasını qorumaq üçün bir raket müdafiə sistemi inkişaf etdirilməsi bildirilərkən, ABŞ-ın Asiya-Sakit Okean regionundakı strategiyasını da nəzərdən keçirməsi lazım olduğunu söyləyib.
Çin hərbisi
Donald Trump və rəhbərlikdə olan komanda Çinə qarşı sərt bir siyasət aparır. Trump, ölkəni “pul manipulyatoru” kimi damğalayır. Həmçinin Trumpın ABŞ və Çin arasında 1960-dan bəri qüvvədə olan “Vahid Çin” siyasətini gözardı edərək, statusu mübahisəli olan muxtar Tayvan Bölgəsi rəhbərliyi ilə ünsiyyətə keçməsi, ölkələr arasındakı böhranı artırır.
Çin hərbisi
Trumpın Xarici İşlər Naziri Reks Tillerson, ABŞ-ın Cənubi Çin Dənizindəki süni Çin adalarının dənizdə blok yaratmasını müdafiə etmiş və bu da Pekin tərəfindən bir müharibə hərəkəti kimi şərh olunmuşdu. Çin sosial mediası, Rusiya sərhədinə Dongfeng-41 qitələrarası nüvə balistik raket sisteminin yerləşdirildiyi iddia edən şəkilləri gündəmə gətirmişdi.
Çin hərbisi
Bu iddialar Çin rəhbərliyi tərəfindən isə rədd edilərkən, Çin Baş Naziri Xi Jinping, qısa müddət öncə nüvə silahların azaldılması üçün müraciət etmişdi.