Gündəm

Çin’də yeni açılmış Şüşə körpü təcili olaraq bağlanılıb

100views

Çində yerləşən dünyanın ən hündür və ən uzun şüşə körpüsü, açılışından 13 gün sonra bağlanılıb

Səlahiyyətli qurum “körpüyə təcili baxılması gərəkdiyini ” bildirib. Ancaq körpünün nə zaman açılacağı ilə bağlı heç bir açıqlama verilməyib.

CNN xəbər agentliyi körpüyə hədsiz dərəcədə ziyarətçi axını olduğunu, ancaq körpüdə hasarın olub-olmaması ilə bağlı heç bir məlumatın olmadığını bildirib.

Qeyd edək ki Hunan əyalətində yerləşən Avatar filminin çəkildiyi Avatar dağlarındakı iki təpəni birləşdirən körpünün tikilməsi 3.4 milyon dollara başa gəlmişdi. Körpünün hündürlüyü 430, uzunluğu 300, eni isə 6 metr-dir.