MaraqlıTəbiət

Çində 6 milyon yaşında nəhəng su samuru tapıldı

372views

Çinin cənubundakı Yünnan bölgəsində bu ana qədər növünə rast gəlinməyən canavar böyüklüyündə nəhəng bir su samuru qalıqlarına tapan ABŞ-lı paleontoloqlar, məlum olmayan növə “Siamogale melilutra” adını veriblər.

The Journal of Systematic Paleontology jurnalında nəşr olunan məqalədə, tarix öncəsi dövrə aid qurumuş bir gölün dibində aparılan paleontoloji tədqiqatlar zamanı tapılan su samuru sümüklərinin 6 milyon yaşında olduğunun təxmin edildiyi bildirilib. Su samuru 21 santimetr uzunluğundakı kəlləsini araşdıran mütəxəssislər, heyvanın təxminən əlli kiloqram ağırlığında olduğu gümanında olub.

Hazırda Avrasiyada yaşayan su samurlarının ən çox on kiloqram ağırlığında olduğu, Braziliyadakı eyni növün isə otuz kiloqramı keçmədiyi qeyd olunub.

Aparılan tomoqrafiya sayəsində mütəxəssislər, nəhəng su samurun xarici görünüşünün, hazırda yaşayan növlərindən daha çox porsuğa bənzədiyini ortaya qoyub.

Klivlend Təbiət Tarixi Muzeyinin mətbuat idarəsindən bildiriblər ki, tapılan su samuru kəllə sümüyünün, dişlərinin və digər bəzi parçaların, bu növün təkamül tarixinin və funksional morfoloji xüsusiyyətlərinin daha yaxşı araşdırılmasına töhfə verəcək.