Maraqlı

Çin yeni ilə Trump başlı xoruz ilə girəcək

Trump bashli xoruz
702views

Çində, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trump’a bənzədilən xoruz şarlar dünyanın böyük marağına səbəb olub.

15 gün sonra “Xoruz” ilinə girməyə hazırlaşan Çin Xalq Respublikasında bir iş adamı başı və əlləri Donald Trump’a çox bənzəyən nəhəng xoruz şəklində şarlar istehsal edib.

Bazara təqdim edilən 10 metr uzunluğundakı şarların çox satdığı bildirilir. Bu xoruzlar ilə bağlı Donald Trump’ın nə düşündüyü isə hələki bilinmir.