Cihazlar

Çin, hidrogen enerjisiylə işləyən hava maşınını test edib

199views

Çin, hidrogen enerjisiylə işləyən hava maşınını müvəffəqiyyətlə test edib.

ST Daily qəzetinin bildirdiyinə görə, ABŞ və Almaniyadan sonra Çin, hidrogen enerjisiylə işləyən hava maşınını müvəffəqiyyətlə test edən 3-cü ölkə oldu. RX1E adlı iki nəfərlik hava vasitəsi əsasında ölkənin şimalındakı Lieaoning əyalətində hazırlanan hava vasitəsinin test uçuşu isə Shenyangda həyata keçirilib.

20 kilovat enerji istehsal etmə tutumlu hidrojen yanacaq hüceyrəsinə malik təyyarə sınaqlar zamanı 320 metr yüksəklikdə uçuş həyata keçirdə bilib.