Cihazlar

Çin, hazırlanması mümkün olmayan mühərrik istehsal etdi: Kosmos səyahətləri qısalacaq

227views

Çin NASA-nın da istehsal etmək üçün üzərində çalışdığı imkansız motorun bir versiyasını hazırlayıb.

Hətta bu mühərriki Dünyanın orbitində test etdiklərini də iddia edirlər.

Emdrive adı verilən bu prototip Tiangong-2 adı verilən kosmos laboratoriyasında test edilib. Nyutonun 3-cü qanununa zidd olan bu mühərrik yanacaqsız işləyəcək və Marsa olan səfəri 10 həftəyə qədər qısaldacaq. Nyutonun 3-cü qanununa görə, hər bir təsirə qarşı bərabər və əks bir reaksiya var. Ancaq bu mühərrik buna zidd bir iş prinsipinə malik olacaq.

NASA-nın təqdim etdiyi test nəticələri texnologiyanı təsdiqləyir.
Tədqiqatçılar Çin Hökumətinin 2010-cu ildən bəri bu texnologiya üçün maliyyələşdirmə etdiyini iddia edirlər. Cast‘ın Rabitə Peyk Kafedrasının Müdiri Dr. Chen Yue bütün qlobal tədqiqat müəssisələrinin bu texnologiya üzərində çalışdığını bildirərək belə şərh edib: “NASA-nın yaydığı test nəticələri, bu texnologiyanın təsdiq edildiyi mənasına gələ bilər. Biz isə birdən çox prototip prinsiplərini uğurla inkişaf etdirmişik”.
Cast’ın peyk rabitə bölməsinin baş dizayneri olan Li Feng, bu günə qədər yalnız bir neçə milinyutonluq güc hazırladıqlarını, amma, bir peyk üzərində çalışmaq üçün bu səviyyənin 1-1 nyuton arasında bir səviyyədə olması lazım olduğunu bildirib. Emdrive‘in peyk mühəndisliyində istifadə edilə bilinməsinə çox az qaldığını söyləyən Feng, “Buna nail olmaq çətindir, amma özümüzə çox güvənirik” ifadələrindən istifadə edib.