Cihazlar

Çin dünyanın ən sürətli super kompüterini hazırlayır

236views

Çin dünyanın ən sürətli super kompüterini hazırlayır.

Çin, dünyanın ən super kompüter rekordunu əlində saxlayan Sunway Taihulight-dan daha sürətli bir kompyuterin istehsalına başladığını açıqlayıb.

Tiencin şəhərindəki Milli Super Kompyuter Mərkəzində istehsalına başlanan super kompüter Tienhı-3, yenə Çin istehsalı və dünyanın ən sürətlisi olan Sunway-Taihulightdan 10 qat daha sürətli olacaq.

Layihə rəsmisi Mıng Şiangfey, prototipi gələn ilin əvvəllərində başa çatdırılması planlaşdırılan Tienhı-3ün saniyədə bir kentilyon əməliyyat aparmaq gücünə malik olacağını söyləyib.

Tienhı-3ün tamamilə yerli olaraq istehsal ediləcəyi və 2020-dən əvvəl tam tutumla xidmət verəcəyi qeyd olunub.

Elmi tədqiqatlara önəmli töhfə verəcək Super Kompüter Tienhı-3ün, zəlzələ simulyasiyaları edə biləcəyi və yoluxucu xəstəliklərlə mübarizədə təsirli rol oynayacağı qeyd edilib.

Sunway-Taihulight keçən il iyun ayında keçirilən super kompüter sıralamasında, saniyədə 125,436 petaflop əməliyyat tutumu ilə 6 dəfə dünyanın ən sürətli kompüteri seçilən digər Çin istehsalı Tienhı-2yi keçərək birinci olmuşdu.