DünyaGündəm

Çin, 11 məşhur simasını ‘Mars elçisi’ olaraq təyin edib

184views

Çin, 11 məşhur simasını ‘Mars elçisi’ olaraq təyin edib.

Çin Milli Kosmos İdarəsi, sürpriz bir şəkildə ölkəsinin məşhur 11 adamını “Mars elçisi” olaraq təyin edib.
Çin Milli Kosmos İdarəsi, 2020-ci ildə Marsa kosmos vasitəsi göndərilməsi layihəsinin təqdimatı üçün 11 məşhur Çinlini ‘Mars elçisi’ olaraq təyin edib. Təyin olunmuş Mars elçiləri arasında yazıçısı Liu Cixin, Çin Qadın Milli Voleybol Komandasının məşqçisi Lang Ping və ölkənin məşhur kişilərdən ibarət musiqi qrupu TFBOYS da var. Bu adlar arasında ən diqqət çəkici olansa 36 yaşındakı köhnə Houston Rockets’lı basketbolçu Yao Mingdir. Çünki Yao Ming, yalnız köhnə bir NBA ulduzu deyil eyni zamanda dünya səviyyəsində tanınan bir addır.

Çinin 2020’də Marsa reallaşdırmağı məqsəd qoyduğu bilinir. ‘Marsda su axtarış səfərinin’ Çinin cənubundakı Hainan əyalətində olan Wenchang Kosmos Əsasında reallaşdırılması planlaşdırılır. Çin, müvəffəqiyyətli olacağı halında Marsa ‘səyyah’ göndərən ikinci ölkə olacaq.