Futbol

Chelsea’nin qalibiyyət ardıcıllığını Tottenham bitirdi

Tottenham 2 - 0 Chelsea 2017
52views

İngiltərə Premier Liqasında oynanan derbi matçında Chelsea’ni 2-0 məğlub edən Tottenham, rəqibinin 13 matçlıq qalibiyyət ardıcıllığını sonlandırdı.

Bu mövsüm öz evində məğlubiyyət üzü görməyən Tottenham, Chelsea’ni qəbul edib .

İlk hissənin uzatma dəqiqələrində Dele Alli’nin qoluyla soyunma otağına 1-0 öndə gedən ev sahibi, 20 yaşındakı futbolçunun 54-cü dəqiqədə təkrar fərqlənməsi ilə meydançadan 2-0 qalib ayrılıb.

yaaz.az Tottenham 2 - 0 Chelsea 2017
Dele Alli

Liqada son dörd matçda 7-ci qolunu vuran Dele Alli, bu mövsüm 19 qarşılaşmada fərqləndiyi 10 qolla keçən mövsümki performansını artıq təkrarlıyıb.

Argentinalı baş məşqçi Mauricio Pochettino’nun rəhbərliyindəki Tottenham, bu qalibiyyətin ardından 42 xalla üçüncü sıraya yüksələrkən, lider Chelsea 49 xalla ilk pillədə yer alıb.