Gündəm

Çempionluğu buraxıb qardaşına sarıldı

11views

Dünya Triatlon Turniri’nin son yarışı uzun illər danışılacaq final səhnəsinə şahid oldu.

Meksika’da baş tutan yarışda idamnçılardan biri finiş xəttinə yaxınlaşdığı vaxt bir anda gücünü itirərək dayandı. Yorğunluqdan halsızlaşan idmançının tam yıxılma anında arxadan 2-ci sırada gələn qardaşı ona sarılaraq final xəttinə kimi qardaşını gətirməyi bacardı.

nee_8oxzt02gkknjpqwt0w

Dünya cempionluğunun bir addımlığında olan Britaniyalı Jonny Brownly böyük bir əzmkarlıq göstərərək finish xətinə yaxın bir məsafəyə kimi ilk sırada gəldi. Ancaq 1-ci olacağı bir vaxtda gücünün tükənməsi çempionluğun qarşısını aldı.

2b6ac1dxokarn3ykt9i0hw

Geridən gələn qardaşı Alistair Brownly də yarışı ilk sırada bitirməyi deyil qardaşı Jonny’ə kömək etməyi seçdi. Bu səbəbdən də onların arxasından gələn Cənubi Afrika’lı Henry Schoeman, sürəti azalan Brownly qardaşlarını qısa məsafədə keçərək 1-ci oldu.

saapubkfgemtfo-wt0srqa

Alistair final xəttini də keçərkən qardaşını önə ataraq onu 2-ci özünü isə 3-cü etdi.

nv_w-ca53ewpns6ez-io5a