Futbol

Çempionlar Liqasının finalı Kiyevdə

145views

2018-ci ildə UEFA Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək. Avropa futbol qurumu az əvvəl bu barədə qərar qəbul edib.

Ukrayna prezidenti Pyotr Poroşenko özünün rəsmi facebook səhifəsində bu haqda məlumat verib: ““2018-ci ildə Çempionlar Liqasının finalı Ukraynada olacaq. Bu dəqiqələrdə UEFA finalın Kiyevdə keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu, ukraynalı azarkeşlər üçün əla xəbərdir. Əminəm ki, biz finalı yüksək səviyyədə keçirəcəyik” – deyə o qeyd edib.

Oyunun Kiyevin “Olimpiyski” stadionunda təşkil olunacağı bildirilir.

Qeyd edək ki, bu arena 2012-ci ildə Avropa çempionatının final matçını da qəbul edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı