Futbol

Çempionlar liqasında tarixi oyun | Nə az nə çox düz 12 qol

379views

Çempionlar Liqasında dünən qrup mərhələsinin növbəti oyunları keçirilib. Borussia Dortmund və Legia Varşova arasında baş tutan oyun yeni rekorda imza atıb.

8-4 hesabı ilə bitən matç Çempionlar Liqası tarixində bir oyunda qeydə alınan ən böyük hesab olub.

Nəticədə isə F Qrupunda Borussia Dortmund ilə Legia Varşava arasında oynanan matç tarixə keçib.

Borussia Dortmund bu qələbə ilə, 2003-cü ildə 8-3 hesabı ilə bitən Monaco-Deportivo matçında qeydə alınan qol sayısını geridə qoyub.

Oyunun ilk hissəsi 5-2 hesabı ilə sona çatıb.

Borussia Dortmund’un qollarını 17, 18-ci dəqiqələrdə Kagawa, 20’də Nuri Şahin, 29’da Dembele, 32, 52, 90’da Marco Reus, 81’de Passlack vurub. Polşalıların qollarını isə, 10 və 24’cü dəqiqələrdə Prijovic, 57’də Kucharczyk, 83’də isə Nikolic vurub.