Futbol

Çempionlar Liqasında ilk tura yekun vuruldu

Leicester City's Marc Albrighton (2nd R) celebrates with his teammates after scoring during the UEFA Champions League football match between Club Brugge and Leicester City at Jan Breydelstadion stadium on September 14, 2016, in Bruges. / AFP / BELGA / KURT DESPLENTER / Belgium OUT (Photo credit should read KURT DESPLENTER/AFP/Getty Images)
633views

Dünən Çempionlar Liqasının 2016-2017 sezonunun ilk tur oyunlarına yekun vurulub. 9 qarşılaşmanın keçirildiyi oyun günü bol qollu olub. C qrupundan təxirə salınmış Manchester City-B.Monchengladbach oyunu da dünən keçirilib və ingilislər 4-0 hesabı ilə qalib gəlib. Dünən keçirilən E, F, G, H qruplarının icmalını təqdim edirik.

Qrup E 

1932412-40643725-2560-1440

Başa-baş mübarizənin gedəcəyi düşünülən bu qrup deyilənləri doğruldur. İngiltərənin Tottenham klubu “White Hart Lane”də Monaconu qəbul edirdi. Oyunda bütün qollar ilk hissədə vurulub. 15 və 31-ci dəqiqələrdə qonaqlardan Bernardo Silva və Lemar fərqlənib. 45-ci dəqiqədə isə Alderweireld hesab arasındakı fərqi azaldıb. Bundan başqa oyunda qol olmuyub və görüş Monaconun 1:2 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyunu da qollu keçib. Bayer Leverkusen öz meydanında Rusiyanın CSKA komandası ilə 2:2 hesabı ilə sülh bağlayıb.

Turnir cədvəli

qrup-e

Qrup F

1932459-40644665-2560-1440

Bu qrupdan Dortmund və Real Madridin 1/8 finala çıxacağı heç kimdə şübhə doğurmur. Lakin dünən Sportingin Reala qarşı göstərdiyi oyun çoxlarını təəccübləndirdi. Hesabda irəlidə olan Lissabonlular yalnız son dəqiqələrdə Ronaldo vo Moratanın vurduğu qollarla meydanı məğlub tərk etdilər. Digər oyunda isə Dortmund Polşaya səfər etmişdi. Legianın qonağı olan almanlar rəqibinə 6 cavabsız qolla qalib gəldilər.

Turnir cədvəli

qrup-f

Qrup G

1870370-39404393-2560-1440

Çoxlarının çıxışını maraqla gözlədiyi Leicester azarkeşlərini sevindirməyi bacarıb. Belçikaya səfər edən ingilislər Brugge səfərində rəqibinə 3 cavabsız qolla qalib gəlib. Leicester tarixinə keçən qolları Mark Albrighton və Riyad Mahrez(2 qol) vurublar. Qrupun digər oyununda Porto Portuqaliyada Copenhagen ilə bacarmayıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Turnir cədvəli

qrup-g

Qrup H

1932408-40643645-2560-1440

Qrupun ən maraqlı oyunu Turində keçirilib. Juventus ardı arası kəsilməz hücümlar etsədə Sevilla komandasının qapıçısı və müdafiəçilərinin uğurlu oyunu sayəsində oyunda hesab açılmayıb. Digər oyunda isə Lyon rahat şəkildə Zaqreb Dinamosuna 3 cavabsız qolla qalib gəldi.

Turnir cədvəli

qrup-h

Elnur Cəfərov
idman xəbərləri yazarı