Futbol

Çempionlar Liqası və Avropa Liqası finalları Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionu
277views

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib. Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq:

UEFA Çempionlar Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano

UEFA Avropa Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya – Estadio Ramon Sanchez Pizjuan
Türkiyə – İstanbul – Beşiktaş Arena

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.