Sağlamlıq

Cem Yılmazın sperma zarafatı gerçək oldu

Hollandiyada müalicə mərkəzində spermalar qarışdırılıb
83views

Hollandiyada süni mayalanma mərkəzinin müalicə müddətində spermaların qarışdırıldığı barədə məlumat yayılıb.

“Utrecht University Medical Centre” (UMC) adlı tibb mərkəzi, aprel 2015 – noyabr 2016 tarixləri arasında süni mayalanma yolu ilə müalicə keçən 26 qadına səhv sperma verilmiş ola biləcəyi ilə bağlı məlumat yayıb.

Mərkəzin nümayəndələri qadınlardan 9-unun artıq doğum etdiyini, 4-ünün hamilə olduğunu, 13 embrionun isə dondurulduğunu bildirib.

Sözü gedən qadınların tibb mərkəzinə gələrək DNT testindən keçməsi gözlənilir..

İntrasitoplazmik sperma inyeksiya üsulunun tətbiq olunduğu laboratoriyada prosedur zamanı “texniki bir xətadan” ötəri səhv spermaların yumurtalığa inyeksiya edildiyi düşünülür. Niderland mətbuatına danışan mütəxəssislər laboratoriya işçilərinin sperma inyeksiya edərkən eyni pipetkadan təkrar istifadə ola biləcəyi ehtimalı üzərində dayanır.

Qeyd edək ki UMC,  ildə orta hesabla 700 intrasitoplazmik sperma inyeksiya proseduru həyata keçirir.