Maraqlı

Çanaqqala döyüşü haqqında az bilinən həqiqətlər

1.58Kviews

Bütün dünyaya təsir edən, Çanaqqala cəbhəsində qəhrəmancasına göstərilən müqavimət ilə bağlı az məlum olan həqiqətlər var.

İngiltərə və Fransanın rəhbərlik etdiyi Antanta Dövlətləri; Osmanlı Dövlətinin paytaxtı mövqeyindəki İstanbulu alaraq boğazların idarəsini tamamilə ələ keçirmək və Rusiyaya güvənli bir yol açmaq üçün gəldikləri Çanaqqalada, bəlkə də tarixlərinin ən böyük məğlubiyyətlərindən birini yaşayıblar.

Dünya tarixini dəyişdirən, bu torpaqların ən mənalı müqavimətlərdən olan Çanaqqalaya dair az məlum olan faktlar belədir:
1. Havada iki güllənin toqquşma ehtimalının 600 milyonda bir olmasına baxmayaraq müharibə sahəndə havada toqquşan yüzlərlə mərmi tapılmışdı.

2. 1 kvadrat metrə 6000 mərminin düşdüyü Çanaqqala, dünya müharibələri tarixində ən yüksək nisbətə malikdir.

3. Çanaqqala cəbhəsində rəsmi qeydlərə görə Qalatasarayın 23, Fənərbaxçanın 5, Beşiktaşın da 2 futbolçusu şəhid olmuşdur.

4. Dövrün universiteti kimi tanınan Darül Fünunun bütün son sinif tələbələri şəhid olduğu üçün o il universitet məzun verməmişdi.

5. İngiltərə və Fransa, Çanaqqalanı keçə bilmədiyi üçün müttəfiqi Çar Rusiyaya yardım edə bilməmiş və Rusiyada iri bir rejimə son qoyulmuşdu.

Çanaqqala zəfəri İngiltərə və Fransanın Çar Rusiyasına göndərməyi planlaşdırdığı yardımlar boğaz vasitəsi ilə göndərilə bilinməmiş, ölkədə baş verən Bolşevik İnqilabı ilə birlikdə çar dövrü sona çatmışdır.

6. Çanaqqala müqavimətinin təsiri bütün dünyaya yayılmışdı.

Həmçinin Çanaqqala müqaviməti, I Dünya Müharibəsinin iki il daha uzanmasına, bəzi ölkələrin sərhədlərinin dəyişməsinə və müstəmləkə altında olan ölkələrdəki milliyətçilik fikrinin yayılmasına səbəb olmuşdur.

7. İngilis əskinasları Çanaqqala sularında itdi.

İngilislər müharibəni udacağına o qədər əmin idilər ki, İstanbulda istifadə etmək üçün pullarını hazırlayaraq yanlarında gətirmişdilər. Ancaq qarşıdakının Türk olduğunu unutmuş olmalıdırlar ki, “120 Gümüş Qəpik” yazan əskinaslar özləri kimi Çanaqqalanı keçə bilmədi.

8. İngilislər müharibə elan etmədən Seddülbahiri bombalamışdılar və burada 86 şəhid verilmişdi.