Oyun

Call of Duty sevərlərinə pis xəbər

140views

Call of Duty seriyası bu il iki oyunla gəlir. Infinite Warfare və Modern Warfare eyni gün bazara təqdim ediləcək. Beləliklə biz bu nöqtədə prodüserlərin bizlərə böyük ayıb etdiyini öyrəndik.

Deməli Activision hər il bir Call of Duty oyunu çıxartmağın yetərli olmayacağı qənaətinə gəlib. Belə ki 2016-ci ildə iki oyunla qarşımıza çıxmağı planlaşdırıb. Bütün zamanların ən çox sevilən Call of Duty oyunu olan Modern Warfare, Infinite Warfare’a əlavə olaraq gələcək.

call-of-duty-den-oyunculara-buyuk-ayip-2

Modern Warfare oynamaq istəyiriksə bizə Infinite Warfare diski lazımdır
Hadisə az çox yuxarıdakı başlıqda olduğu kimidir. Hər nə qədər Call of Duty: Modern Warfare Remastered’ın tək satılacağına dair xəbərlər alsaq da işin özündə bu istehsal, əsas oyunla birlikdə satılacaq. Üstəlik ala bilmək üçün Deluxe Editiona sahib olmanız lazımdır. Bütün bunlar bir yana, əgər bir nöqtədə oyunu silməyə qərar versəniz, Modern Warfare oynamanıza icazə yoxdur.

Səhv eşitmədiniz. Rəqəmsal hesablarda onsuz da oyun bir dəfə qeydiyyatdan keçirdilir. Sattığınızda hesabı tamamilə satırsınız, burada problem yoxdur. Əgər ki oyunu qutulu götürmüşsünüzsə, Modern Warfare oynamaq üçün Infinite Warfare diskinə ehtiyacınız olacaq. Beləcə Activision oyunun ikinci ələ düşmədiyini və ticarətə girməyəcəyinə şəxsən əmin olacaq.

İstər-istəməz “Yaxşı ki Remastered etdik!” deyir insan , belə şeylərlə qarşılaşdıqda.