Məşhurlar

Çağatay Ulusoyun yeni sevgilisi…

279views

Türkiyəli aktyor Çağatay Ulusoyun təxminən iki aydır, kübar cəmiyyətin üzvlərindən, aparıcı Diar Onar ilə birlikdə olduğu iddia edilir.

İstanbuldakı restoranlardan birində tanış olduqları öyrənilən cütlüyün sevgili olduğu söylənilir.

Münasibətlərinin media tərəfindən öyrənilməməsi üçün Onar’ın şəxsi Instagram hesabını bağladığı bildirilir.

yaaz.az Çağatay Ulusoy ve sevgilisi foto

Adı illər əvvəl Serenay Sarıkaya və daha sonra Amerikalı məşhur model Taylor Marie Hill ilə hallanan 26 yaşındakı aktyor isə, son müsahibələrindən birində sanki Onar’ı təsvir edirdi, “Qaraşın qızlardan xoşum gəlir. Cox hündür olmamalıdır. Gözləri mənalı baxmalı və böyük olmalıdır..”

yaaz.az Çağatay Ulusoy ve sevgilisi foto

Onar’ın isə bir müddət öncə Arda Turan ilə sevgili olduğu zənn edilmişdi. Ardından isə məlum olmuşdu ki, Arda, Onar ilə deyil onun yaxın rəfiqəsi  Aslıhan Doğan ilə sevgili imiş.

yaaz.az Çağatay Ulusoy ve sevgilisi foto