Futbol

‘Cənubi Amerika Kuboku’ Chapecoense komandasına veriləcək

721views

Cənubi Amerika Kubokunun, Kolumbiyadakı təyyarə qəzasında oyunçularını və məşqçi heyətini itirən Chapecoense klubuna veriləcəyi açıqlanıb.

Kolumbiya mətbuatında yer alan xəbərlərə görə, Chapecoense klubu Prezidenti Ivan Tozzo, Cənubi Amerika Futbol Konfederasiyası kuboku (CENMEBOL) və 2 milyon dollarlıq mükafatın onlara təqdim olunacağını bildirib.

Qərarın, CENMEBOL tərəfindən verildiyini söyləyən Tozzo, kubok mərasiminin keçirilməsi ilə bağlı, dəqiq məlumat verməyib.

Qeyd edək ki, Kolumbiyadakı təyyarə qəzasında həyatını itirən Chapecoense klubunun oyunçuları, məşqçi heyəti, idarə heyəti və Braziliyalı jurnalistlər üçün dünən klubun stadionu Arena Conda’da təxminən 19 min azarkeşin qatıldığı anım mərasimi təşkil edilib.

yaaz.az Memorial ceremony for Chapecoense

Həyatını itirən Chapecoense klubunun oyunçuları daim məşq və oyun üçün çıxdıqları doğma stadionlarına bu dəfə Braziliyalı əsgərlərin qollarında gətirilib. Həyatını itirən doğma klublarının oyunçuları ilə sonuncu dəfə görüşən azarkeşlər, göz yaşları içərisində onlarla vidalaşıb.

Xatırladaq ki, Boliviyanın Santa Cruz de la Sierra şəhərindən Kolombiyanın Medellin şəhərinə hərəkət edən və Braziliya 1’ci Futbol Liqası qruplarından Chapecoense komandası üzvləri daxil olmaqla 77 nəfərin içərisində olduğu təyyarə, dağlıq ərazidə qəzaya uğramış və 71 nəfər həyatını itirmişdi.