Dünya

Cənubi Azərbaycan və Orta Şərqin ən böyük gölü təhdid altındadır

94views

İranda vəzifəli 12 səfirin həyat yoldaşları, ‘Mən Urmiyə Gölüyəm’ kampaniyasına qatılıblar.

Kampaniyanın məqsədi, BMT-nin Urmiyə gölünü qurtarmaq üçün kömək olmasını təmin etmək üçün lazım olan 1 milyon imzanı toplamaqdır.

1362557

Avqust ayında başlayan imza kampaniyasına Malayziya, Yeni Zellandiya, Macarıstan, Çin, Əlcəzair, Tunis, Hindistan, İndoneziya, Kuba, Filippin, ÇexiyaSierra Leone səfirlərinin xanımları qatılıb. Səfirlərin xanımları, Urmiyə gölünün Canlandırma Proqramı, İran Ətraf Şöbəsi və İran Xarici İşlər Nazirliyi nümayəndələrinin dəstəyi ilə gölü ziyarət də ediblər. İranın gölü qoruma mövzusunda xarici ölkələrlə əməkdaşlığı yaxşılaşdırmağı, təcrübələrini mənimsəməyi və layihə maliyyələşdirilməsi üçün əlavə vəsait təminatı planladığı ifadə edilib. İranın şimal-qərbində olan 5 min 200 kvadrat kilometrlik Urmiyə, Orta şərqin ən böyük və dünyanın isə 6-cı böyük gölüdür. Amma son illərdə göl, 90% nisbətində quruyub.

Bu prosesin əsas səbəbi, insanların yol açdığı ətraf dəyişikliyi olaraq görülməkdədir.

1-s2-0-s0380133014002688-fx1