MaraqlıTəbiət

Buzlaqlar tamamilə əridikdə dünya necə görünəcək?

1.03Kviews

Qlobal isinmə hər keçən gün təsirini daha da artırır və qütb buzları əriməyə davam edir.

Yaxın zamanda bir çox bölgə sular altında qalmağa başlayacaq. Bəs bunun reallaşması halında dünya necə görünəcək?

İllər boyu insanların təbiətdə apardığı təxribatın artıq geri dönüşü yoxdur. Çünki artıq təbiətə verdiyimiz zərər sirayətedici olmaqdan çıxıb yerini qorxuya buraxıb. İnsanlıq və canlı növ, ümumiyyətlə dünya artıq ciddi təhlükə altındadır. Bu məsələ ilə əlaqədar onsuz da bir çox fantastik elmi kitablar yazılıb və qiyamət ssenarisi filmləri çəkilib. Bu gün bu məsələ haqqında daha çox düşünməyimizin səbəbi isə qlobal istiləşmənin təsirinin daha da artırmasıdır.
Elm adamları, dünyada buzlaqların əriməsinin təxmini olaraq 5000 illik bir müddəti əhatə edəcəyini hesab edirlər, ancaq təbii nizamda yarana biləcək hər hansı bir dalğalanma, ya da təxribat bu müddəti daha da qısalda bilər. Ərimə təbii axarında belə davam etsə 5000 il sonra bir çox şəhər sular altında qalacaq. National Geographic jurnalına görə, bütün buzlaqlar əridikdə dəniz səviyyəsi 65 metr yüksələcək.

Bəs bütün dünya miqyasında necə dəyişikliklər olacaq?

Şimali Amerikada Nyu-York da daxil, şərq istiqamətində bir çox şəhər sular altında qalacaq.

Şimali Amerika

Cənubi Amerikada Amazon hövzəsi dənizlə birləşəcək. Şirin su və bölgənin həyat mənbəyi olan Amazon çayı yox olanda nələr olacağını təxmin etmək belə qorxuducudur. Buenos-Ayres şəhəri, Uruqvay və Paraqvay ölkələri sular altında qalacaq.

Cənubi Amerika

Avropa qitəsində Bakı, Venesiya, Amsterdam, Kopenhagen kimi şəhərlər sular altında qalacaq. London, İstanbul və Barselona isə böyük risk altında olacaq.

Avropa

Afrikanın şimal hissələrində bəzi bölgələr sular altında qalıb yox olacaq.

Afrika

Asiyada isə Çinin qərbi sular altında qalaraq yox olacaq. Hindistan, Banqladeş və Pakistan sahilləri sular altında qalacaq. Fars Körfəzində dəniz Bağdad ilə eyni səviyyəyə gələcək. Xəzər Dənizinin səviyyəsi yüksələcək və Rusiyada dəniz iç təbəqələrə girəcək.

Asiya

Avstraliyanın daxili təbəqələrində böyük bir göl yaranacaq və bəzi ərazilər su altında qalacaq.

Avstraliya

Azərbaycan isə bu mənada ciddi itkilər verəcək. Demək olar ki, ölkənin böyük bir hissəsi tamamilə sular altında qalacaq, buna Bakı daxil olmaqla, Lənkəran və ətrafı bir çox şəhər və rayonlar da daxildir.

Azərbaycan