Gündəm

Bu xanım Bakı-Sumqayıt qatarından pulsuz istifadə edəcək

Baki Sumqayit qatarindan pulszu istifade eden xanim 2017
281views

Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca milyonuncu sərnişin istifadə edib.

Həmin sərnişin Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Leyla Hüseynzadə olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov milyonuncu sərnişini təbrik edib və ona iki ay müddətinə Bakı-Sumqayıt qatarından ödənişsiz gediş hədiyyə edib.

Baki Sumqayit qatari yaaz.az 2017

Qeyd edək ki, Bakı-Sumqayıt elektrik qatarı 2015-ci il sentyabrın 12-də istifadəyə verilib.