Cihazlarİnternet

Bu qurğu ilə uzaqda olan partnyorunuza həqiqi öpüş yaşada bilərsiniz

209views

Kissenger adlı bu maraqlı qurğu, qarşı adama öpüşü eyni hissiyatla göndərir və sanki, onu öpmüsünüz kimi hiss etməsini təmin edir.

İnkişaf edən texnologiyalarla birlikdə fikir yürütməsi çətin olan bir çox məsələdə maraqlı bir şəkildə qarşımıza çox sayda cihazlar çıxır. Bu cihazlardan biri olan Kissenger isə, sevdiyinizə həqiqi bir öpüş göndərməyinizi təmin edir.
Əgər sevdiyiniz adam sizdən uzaq məsafədədirsə və ona olan sevginizi göstərmək üçün onu öpmək istəyirsinizsə, əsasən də telefon danışığında ona vida edərkən “öpürəm səni” deyirsinizsə, bu cihaz sayəsində həqiqətən də ağıllı telefonunuz vasitəsilə qarşı tərəfi öpə bilərsiniz.

c3e161013fe6f9b6e995dea31c5d24d86430a19e
Olduqca yumşaq bir kauçuk sahəsi olan bu cihaz, Kissenger tətbiqində söhbət edərkən, kauçuk sahəni öpməklə, qarşı tərəfin də dodağını bu sahəyə qoymasıyla öpüşü sizin göndərdiyiniz göstəricilərlə almasını təmin edir. Eyni zamanda bu cihazla əlaqədar aparılan təcrübələrdə insanların maraqlı bir şəkildə gerçək bir öpüş almış kimi ürək döyüntüsünün sürətləndiyi də müşahidə edilir.