MaraqlıTəbiət

Bu qağayı 6 ildir ki, hər gün eyni dükandan çips oğurlayır

Qagayilar 2017
344views

Şotlandiyanın Arbroath şəhərində bir qağayı altı ildir hər gün eyni sendviç dükanından çips “oğurlayır”.

Dükanın işçiləri, Amerikalı aktyor Steven Seagal’a istinadən “Steven Qağayı ” adını verdikləri quşun gündə 10 dəfə dükana baş çəkdiyini və kimsənin baxmadığını düşündüyü bir anda çipsi alıb aradan çıxdığını söyləyir.

İşçilərdən biri, “Steven, buranı açdığımız ilk gündən bəri gəlir. Kartof çipsi çox sevir” deyə bildirib.

yaaz.az cips ogurlayan qagayi 2017

Qağayıların qarınlarını doyurmaq üçün insanların sıx olduğu yerlərdə belə ova çıxması əslində yeni bir şey deyil. Onlar əsasən asanlıqla balıq tapa biləcəkləri su sahillərində yaşayır. Ancaq vaxt ötdükcə bu quşlar, insanların yedikləri məhsulları da yeməyə vərdiş etdilər.

yaaz.az cips ogurlayan qagayi 2017

Lakin, qağayıların bəzən insanların əllərindəki yeməklərə hücum etməsi də bəzi bölgələrdə ciddi problemə çevrilib. İngiltərə parlamentində keçən ay qağayılara qarşı görüləcək tədbirlər mövzusunda bir iclas həyata keçirilmişdi. Bir millət vəkili, yeni evlərin qağayılara qarşı xüsusi qoruyucularla tikilməsini təklif etmişdi.

yaaz.az cips ogurlayan qagayi 2017

İngiltərədə bir dəfə bir iti və bir tısbağanı öldürərək müzakirə mövzusu olan qağayılar, qorunan quş növləri siyahısındadır. Buna görə də bu heyvanların öldürülməsi və qorxudulması qadağan edilib.

Qeyd edək ki, qağayıların ömrü ortalama 10-15 il arasında dəyişir.