Maraqlı

Bu kafedə hər şey pulsuzdur, tək vaxtdan başqa

195views

İngiltərənin Manchester şəhərində bir kafe müştərilətinə yemək və içməyi havayı təklif edir.

Müştərilər, kafedə oturduqları vaxt müddətinə görə pul ödəyir.

Ziferblat adındakı kafeyə giriş zamanı otellərdəki kimi ilk olaraq qeydiyyatdan keçilir. Daha sonra müştərilər kafedə istədikləri qədər yiyib-içə bilirlər.

yaaz.az photo

Hesab kafedə oturulan dəqiqə hesabına ödənilir. Bir dəqiqənin qiyməti isə 0.22 sterlinqə bərabərdir.

yaaz.az photo

Kafenin sahibi Colin Shenton, “Ziferblat’da keçirtdiyiniz vaxtdan başqa hər şey pulsuzdur. İnsanlar bura gəlib istədikləri qədər yeyib-içə bilərlər. İndiyə qədər ən az hesabı tualetə getmək üçün kafedə 3 dəqiqə vaxt keçirdən bir müştərimiz ödəyib. Kitab yazan bir kişi isə, 11 saat kafemizdə olaraq ən çox hesab ödəyən müştəri oldu. ” deyə bildirib.

yaaz.az photo