GündəmKosmos

Bu il ilk dəfə Ay tutulacaq və Ay dünyaya maksimal yaxın məsafədə olacaq

204views

Bu ilin ilk Ay tutulması hadisəsi fevralın 11-də baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, fevralın 11-də alimlər Ay tutulmasının olacağı barədə xəbərdarlıq ediblər. Bu kosmik hadisəsinin ardınca səmada “Yeni il kometası” adlandırılan 45R kometası görünəcək. Bu zaman Ay Yer kürəsinə maksimal yaxın məsafəyə yaxınlaşacaq.

Ay tutulması Günəş, Yer kürəsi və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verir. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur.

Hadisəni Avropa, Afrika və Qərbi Asiya sakinləri müşahidə edə biləcək.