Oyun

Bu həftə çıxacaq oyunlar (12-19 sentyabr)

308views

Həftəlik oyun listimiz ilə qarşınızdayıq. Bu həftə oyun dünyası üzərindəki ağırlıqları atır və bir-birindən möhkəm istehsallar ard-arda bazara çıxır.

Batman: The Telltale Series
Prodüser: Telltale Games

Növ: Macəra

Platforma: PC, PS4, Xbox One

Çıxış tarixi: 13 Sentyabr

İlk dəfə ağırlıqlı olaraq Bruce Waynenin hekayəsinə fokuslanan bir Batman oyunumuz var. Telletale’ın bənzərsiz hekayə izahatıyla harmanlanan yeni Batman seriasının ikinci hissəsi bizlərlə olacaq.

bu-hafta-cikacak-oyunlar-12-19-eylul-2

Pro Evolution Soccer 2017
Prodüser: Konami

Növ: İdman

Platforma: PC, PlayStation 3, Xbox 360, Xbox One, PS4

Çıxış tarixi: 13 Sentyabr

Ötən il xeyli yaxşılaşan PES, bu səfər daha da yenilənmiş üzüylə təkrar qarşımızdadır. Lisenziya problemləri illərdən bəri davam edir amma bu vəziyyət oyunun sadiq kütləsinin heç də vecinə deyil kimi görünür. İnkişaf etdirilən oyun fiziki xeyli bəyənilmiş vəziyyətdədir.

bu-hafta-cikacak-oyunlar-12-19-eylul-3

Bioshock: The Collection
Prodüser: 2K Games

Növ: Aksiyon / FPS

Platforma: PC, PS4, Xbox One

Çıxış tarixi: 13 Sentyabr

Bioshock əfsanəsi bir dəfə daha bizlərlədir. Bu trilogiyanın inkişaf etdirilmiş versiyası bu həftə bazara çıxır. Üstəlik PC sahibləri pulsuz olaraq oyunlarını Remastered versiyasına yüksəldə biləcəklər.

bu-hafta-cikacak-oyunlar-12-19-eylul-4

NBA 2K17
Prodüser: Visial Consepts

Növ: İdman

Platforma: PC, PlayStation 3, Xbox 360, Xbox One, PS4

Çıxış tarixi: 16 Sentyabr

Basketbol oyunları içərsində tamamilə rəqibsiz olan NBA 2K17’nin də bu həftə çıxacağını ifadə edək. Yenilənmiş xüsusiyyətləriylə diqqət çəkən istehsalın bu il bir də sürpriz qonağı var: Məşhur futbolçu Thierry Henry.

bu-hafta-cikacak-oyunlar-12-19-eylul-5

Dead Rising
Prodüser: Capcom

Növ: Aksiyon

Platforma: Xbox 360, Xbox One, PS4

Çıxış tarixi: 13 Sentyabr

Zombi istilası və bitmək bilməyən əyləncə. Bəzi oyunlar zombiləri hələ də qorxu və gərginlik ünsürü olaraq istifadə edə bilər amma Dead Rising qətiyyən bu istehsallardan biri deyil.

bu-hafta-cikacak-oyunlar-12-19-eylul-6