Kosmos

Bu gün meteorit dünyayla toqquşacaq?

936views

Günlər əvvəl ortaya çıxan xəbərlərə görə, 25 fevralda dünyaya meteorit dəyəcəkdi. Bu gün, 25 fevraldır, bəs elə bir təhlükə varmı?

Bildirilənə görə, NASA həqiqəti xalqdan gizlədirdi, meteorit okeana düşəcək və 1 km hündürlüyündəki nəhəng dalğalara səbəb olacaqdı. Hətta sunamilər sahilləri vuracaq, hər yer su altında qalacaq və atmosferə böyük miqdarda toz püskürməsi səbəbilə planetimiz 3 il ərzində qaranlığa bürünəcəkdi.

Bu əslində mümkünsüz bir şey deyil. Çünki bunun bənzəri 65 milyon il əvvəl baş vermişdi. Onsuz da dinozavrların nəslinin tükənməsinə səbəb olan fəlakət də bu şəkildə baş vermişdi. Buna bənzər bir şeyin bu gün (25 fevral) baş verəcəyi iddiaları isə həqiqət deyil.

NASA-nın internet saytında yer alan məlumatlara görə hazırda dünyaya yaxınlaşan 2 minin ətrafında göy daşı var. Bunlar elm insanları tərəfindən anbaan olaraq izlənilir.

Bu xəbərlərə mövzu olan nəhəng meteoritinin adı isə 2016 WF9-dur. Deyildiyi kimi, belə bir meteorit var ancaq bu meteorit dünyaya çarpmayacaq. Bu gün dünyanın 51 milyon km uzaqlığından keçib gedəcək.

Əgər belə bir xəbər yenə çıxarsa, siz də nəzarət edin. NASA-nın rəsmi internet saytında olan “Risklər” hissəsində bu cür məlumatlar paylaşılır.

Bu məsələ ilə bağlı aktual siyahı ilə buradan tanış ola bilərsiniz. Onsuz da səhifədə meteoritlərin risk dərəcələrinin Turin Miqyasına görə “0” yəni “Təhlükə Yoxdur” olduğunu görə bilərsiniz.

Bu arada Turin Miqyasına görə önümüzdəki 100 il içərisində hər hansı bir meteoritin dünya ilə toqquşma ehtimalı görünmür.