DigərMaraqlı

Bu gün “Halloween”dir

255views

Dünyanın bir çox ölkəsi bu gün 31 Oktyabr “Halloween”i qeyd edir


Bu bayram ənənəvi olaraq əvvəllər ingilisdilli ölkələrdə qeyd olnurdusa hal-hazırda dünyanın müxtəlif ölkələrində də təntənəli şəkildə qeyd edilir.

0003
“Halloween” ilk dəfə məhz “All-Hallows-Even” adda 16-cı əsrə aid əlyazmada qeyd edilir, mənası “Bütün müqəddəslərin axşamı” anlamını ifadə edir.

Bu bayram Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında 2000 il bundan əvvəll meydana gəlib. Kelt tayfalarının bir ili iki mövsümdən ibarət idi – yay və qış. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi.

Rəvayətə görə həmin gün dirilərin və ölülərin dünyaları öz qapılarını açır və bu səbəbdən də dünya ruhlar və şər qüvvələrlə dolur, şər qüvvələrin hücumlarından isə özlərini qorumaq üçün, keltlər evdə yanan hər şeyi söndürür, özləri isə müxtəlif heyvan dəriləri geyinərdilər. Onlar inanırdılar ki, belə etməklə gələn şər fövqəl qüvvələri qorxuda biləcəklər.
Hər evin qarşısında müsbət ruhları qonaq etmək üçün qoyulmuş şirnilərə rast gəlmək olardı.

0711131837_1424301514
Müasir dövrümüzdə də Helluin bayramı zamanı əssən uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığırlar.
%d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8b


Bayram – əsas simvolları olan – hörümçək toru, küpəgirən qarı, qara pişik, qorxunc simalı balqabaqlar ilə qeyd olunur.


halloween1

Bayramın əsas simvolu isə Cek fənəridir.

97a19a1efa9fa0e318cd10ea9d0b0de41800-cü illərdə Şimali Amerikada geniş yayılmış Bu fənər — içərisi oyulmuş, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və içinə şam qoyulur. “Cekin çırağı” adlı boranı kəsilməsi bir neçə dəfə Qinnes rekordlar kitabına belə düşməyə mevəffəq olub. Sonuncu rekord Britaniyalı Devid Finklə aiddir. O, BBC kanalında yayımlanan verilişdə boranını bayram dekorasiyasında ən tez sürətdə 20.1 saniyəyə hazırlamışdır. Helluin Amerikada Yeni il bayramından sonra ikinci ən uğurlu komersiya bayramı kimi hesab olunurlur.
Ölkəmizdə Hellouin ekzotik və bayram sayılsada bayrama qarşı vəziyyət tədricən dəyişir — artıq Hellouin əsasən uşaqların marağına səbəb olaraq ictimai tədbirlərə daxil edilir.