Futbol

Bu gün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanacaq

338views

Bu gün 2016-cı il üçün dünyanın ən yaxşı futbolçusunun adı müəyyənləşəcək.

Qalibin adı Bakı vaxtı ilə saat 23:00-da müsabiqəni keçirən “France football” nəşrinin saytında (Francefootball.fr) və “L’Equipe” telekanalında açıqlanacaq.

Qeyd edək ki, qalib dünyanın müxtəlif ölkələrindən 173 jurnalist arasında aparılan səsvermə zamanı müəyyənləşəcək. 2016-cı ilin ən yaxşı oyunçusu adına əsas namizəd bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real Madrid”lə Çempionlar Liqasının qalibi olan Cristiano Ronaldo hesab edilir. Digər futbolçular isə Lionel Messi (Argentina, “Barselona”) və Antuan Qrizmanndır (Fransa, “Atletiko Madrid”).

Cristiano Ronaldi
Xatırladaq ki, bu ildən etibarən “France football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.