İnternetMaraqlı

Bu dəfə Kim Jong Un’a qadağa qoyuldu

750views

Texnologiya sahəsinin ən böyük adı Google’un tərkibində olan YouTube, Şimali Koreya ilə bağlı yeni qərar qəbul edib.

‘The Washington Post’ qəzetinin xəbərinə əsasən, Kim Jong Un rəhbərliyindəki ölkənin YouTube’dakı təbliğat kanalı, Google tərəfindən bağlanılıb.

Məlumata əsasən, Youtube Şimali Koreya’ya pul ödəmək istəmir və bu səbəbdən kanalın fəaliyyətini dayandırıb.

Çünki, Youtube izlənmə sayına görə istifadəçiyə pul ödəməlidir, burada isə ölkə çərçivəsində bütün məlumatların tək bir kanal vasitəsi ilə yayımlanması Youtube strategiyası ilə üst-üstə düşmür.

yaaz.az Youtubedan Shimali Koreyaya qada]a
Kim Jong Un’un ölkəsində internet

Qeyd edək ki, Şimalı Koreyada yaşayan 25 milyon insanın, təxminən 20 il əvvəl həyatımıza girən internet haqqında heç bir məlumatı yoxdur. Ölkə, raidolar da daxil olmaqla bütün ifarmasiya vasitələrinin kənardan ölkəyə girişinin qarşısını almağı bacarır. Və bütün məlumatlar dövlətin nəzarətində olan tək bir qaynaq vasitəsi ilə insanlara çatdırılır.