KinoMaraqlı

Bu 6 dəqiqəlik animasiya filmi həftənin ən təsir edici filmidir

439views

“Pixar” kinostudiyasının qısa metrajlı animasiya filmlərini sevərək izləyənlər çoxdur. Hər 5-6 dəqiqəlik filmə illərin, hisslərin və həyatın mənasını yükləyən “Pixar” heyəti bu dəfə də çox təsirli qısa animasiya filmi təqdim edir.

Lou Hamou-Lhadj və Andrew Coats 5 il ərzində işdən azad vaxtda çəkdikləri animasiya filmi “Borrowed Time” yəni “Borca götürülmüş vaxt” adlanır.

 

6 dəqiqəlik cizgi filmi illər öncə dəhşətli qəzaya səbəb olan Şerifin, həmin qəza yerinə qayıtmasından bəhs edir.

Layihənin prodüseri “Shark Tale,” “How to Train Your Dragon” animasiya filmlərinin müəllifi olan Amanda Deering Jones-dur, qısa filmin musiqisi isə iki dəfə “Oscar” mükafatına layiq görülən Gustavo Santaolalla-ya məxsusdur.