Gündəm

Braziliya futbolçularını daşıyan təyyarə qəzaya uğrayıb

143views

Kolumbiyada Braziliyanın “Chapecoense” futbol klubunun oyunçularının olduğu təyyarə qəzaya uğrayıb.

İlkin məlumatlarda qəzada 6 nəfərin sağ qaldığı bildirilir.

Qəzaya uğrayan təyyarədə 81 nəfər – 72 sərnişin və ekipaj üzvləri olub.

yaaz.az teyyare qezalari

“Chapecoense” klubunun üzvləri ‘Copa Sudamericana’da Atletico Nacional ilə baş tutacaq oyun üçün Medellin şəhərinə gedirmişlər.

yaaz.az teyyare qezalari

Gələn ilkin məlumatlara görə, təyyarə yerli vaxtla gecə yarısından dərhal əvvəl şəhərin yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb.

yaaz.az teyyare qezalari

Hadisənin böyük bir faciə olduğunu bildirən Medellin şəhər rəhbərliyi yerli radio stansiyası Blu Radio’ya verdiyi müsahibədə qəzadan sağ çıxan insanların da ola biləcəyini söyləyib.

Braziliyanın Santa Catarina şəhərinin komandası olan Chapecoense, ilk dəfə 2014-ci ildə birinci liqada iştirak etmək hüququ qazanmışdı.

yaaz.az teyyare qezalari

Komandanın ən bahalı oyunçusu 1.75 milyon dəyərindəki 31 yaşlı Marcos Danilo Padilya’dır. Komandanın ümumi dəyəri isə 24 milyon avro ya bərabərdir.

yaaz.az teyyare qezalari