Dünya

Braziliyalı futbolçular üçün Conda Arena Stadionunda anım mərasimi

141views

Təyyarə qəzasında həyatını itirən Braziliyalı futbolçuların xatirəsi üçün Chapeco şəhərindəki Conda Arena Stadionunda anım mərasimi keçiriləcək.

Kolumbiyada düşən təyyarədə həyatını itirən Braziliya 1. liqası komandalarından Chapecoense’in oyunçularının ailələri və yaxınlarına könüllü psixoloji dəstək verilir: “Ayrılıq anı insanın konkret olaraq itkisinin fərqinə vardığı andır, çünki insan sevdiyi şəxsin həyatını itirdiyini görür. Buna görə də onların vaxta ehtiyacı var. Təbii ki, bu vaxt alacaq, eynilə bir yaranın sağalması kimi. İnsan bir gün içində sağalmaz. “

Qeyd edək ki, yanacağının bitməsi səbəbindən qəzaya uğrayan təyyarədə, Cənubi Amerika Kuboku final qarşılaşması üçün Kolumbiyaya getməkdə olan futbolçular ilə bərabər çox sayda jurnalist də həyatını itirmişdi.

Bolivyadan qalxan və enmə zamanı Kolombiyanın Medellin şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə olan 77 nəfərdən 71’i həyatını itirmişdi.