Gündəm

Braziliya yasdadır | Kiçik şəhərin azarkeşləri komandalarını hüznlə anır

203views

Braziliya, Cənubi Amerika kuboku finalında Atletico Nacional komandası ilə final matçı oynamaq üçün Kolombiyaya gedərkən təyyarələrinin qəzaya uğraması nəticəsində həyatını itirən Chapecoense futbol komandasının oyunçuları üçün yas tutur.

Çox deyil hələ bir həftə əvvəl Braziliyanın bu kiçik şəhərinin küçələrini final sevinciylə dolduran azarkeşlərin sevincləri matəmə çevrilib.

Chapecoense şəhər stadionunda, yaşıl ağ formalarla komandalarının marşlarını söyləyən minlərlə azarkeş, qəzada həyatını itirən futbolçuların adlarını də tək-tək anıblar.

Həyatlarını itirərək final oyununa çıxa bilməyən komanda oyunçularını “Çempion bizik” şüarları ilə xatırlayıblar.

Kolumbiyalı səlahiyyətli şəxslər, Bollivya’dan qalxan və Kolombiyanın dağlıq bölgəsi Medellin şəhərində qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 71’nin öldüyünü, 3-ü futbolçu, 1-i jurnalist və 2 təyyarə işçisi olmaqla 6 sərnişinin həyatda qalmağı bacardığını açıqladı.

https://twitter.com/messi10stats/status/803792167923777536

https://twitter.com/JuanDirection57/status/803780213654093825