KinoSerial

“Böyük idrakın əbədi məşəli” filminə serial çəkiləcək

829views

Yeni layihəni həyata keçirəcək komandanın bir hissəsi artıq məlumdur: ssenari müəllifi Zev Borou (“Çak”, “Əbədiyyət”), prodüsser Riçard Barun (“Həqiqi Detektiv”) birlikdə çalışacaqlar.

Xatırladaq ki, orijinal hekayənin müəllifləri Charlie Kaufman, Michel Gondry və Pierre Bismut-dur. Hekayədə sevgililər Joel və Clementine müasir texnologiyaların köməyi ilə bir-biriləri ilə bağlı xatirələri silməyə çalışırlar.

eb4

Filmdə əsas rolları Cim Kerri və Keyt Uinslet ifa etmişlər. 2004cü ildə lentə alınmiş film “Qızıl Kürə”, “Sezar” və “Saturn” daxil olmaqla bir çox nüfuzlu kino mükafatları qazanmış, “ən yaxşı orijinal ssenari” nominasiyasında “Oskar” mükafatına laiq görülmüşdü.