İqtisadiyyat

Bosforda 3-cü körpü bu gün açılır

246views

Yavuz Sultan Səlim körpüsü bu gün açılır.

3 Milyard dollara başa gələn Yavuz Sultan Səlim körpüsü bu gün hazırlanan açılış mərasimi ilə istifadəyə veriləcək. Boğazın 3-cü körpüsünün inşaat müddəti və özəllikləri ilə tanış olaq.            dunyanin-en-genis-koprusu,fqCAuL6_mEuUvWuSRpKHmA

Körpünün inşaatına 29 may 2013-cü ildə başlanıldı və 39 ay davam etdi.Minlərcə işçi və mühəndisin 24 ssat aralıqsız işlədiyi Yavuz Sultan Səlim körpüsü 59 m-lik eni ilə dünyanın ən geniş körpüsü ünvanını əlinə alacaq. 8 zolaqlı avtomobil yolu və 2 zolaqlı dəmir yolu olmaqla 10 zolaqdan ibarət körpünün uzunluğu isə 1408 metr olacaq. 318-metrelik-kule,q_WpBEUDm0-OmNqj5CejPw

Körpünün toplam uzunluğu isə 2164 m-dir, körpü bu özəlliyi ilə üzərində dəmir yolu olan dünyanın ən uzun körpüsü olacaq. Körpü üzərindəki qüllələrin hündürlüyü də bu sahədə rekorddur.Qüllələrin uzunluğu Avropa tərəfdə 322 Anadolu tərəfdə isə 318 metrdir. gecis-ucreti-ne-kadar,F3HdO5I6u0aGrco1pNpD1g

Proyektdə dəmir yolu vasitəsi ilə Marmara və İstanbul metrosuna  yaradılacaq keçidli sistem Atatürk hava limani, Sabiha Gökçən hava limanı və yeni yaradılacaq 3-cü hava limanını bir birinə bağlayacaq. ,HI9TqOmN2UqUT4cDZku8gg

Böyük yük avtomobillərinin məcburi olaraq yeni körpüyə yönləndirilməsi ilə İstanbul yollarının müəyyən qədər rahatlanacağı gözlənilir.